15 C
Baku
Sunday, November 24, 2024

Ukrayna avqustda 4.6 milyard dollar xarici yardım alıb

Ukraynanın avqustda xarici donorlardan aldığı maliyyə yardımının həcmi 4,6 milyard dollar təşkil edib ki, bu da son altı ayda ən yüksək rəqəmdir.

Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

“Bu vəsait bizim üçün çox vacib idi. Onlar bizə avqustda donorlardan daxil olan vəsaitin həcmini 4,6 milyard dollara çatdırmağa imkan verdi. Bu, son 6 ayda aldığımız ən böyük məbləğdir”, – Marçenko deyib.

Marçenkonun sözlərinə görə, Qərb ölkələrindən alınan vəsait Ukraynaya bütün zəruri büdcə xərclərini maliyyələşdirməyə imkan verib.

Ukraynanın Baş naziri Denis Şmıqal avqustun 24-də ölkə büdcəsinə ABŞ-dan 4,5 milyard dollarlıq qrant yardımının birinci tranşı olaraq 3 milyard dollar daxil olduğunu açıqlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər