15 C
Baku
Sunday, November 24, 2024

Delimitasiya üzrə Komissiyanın üçüncü görüşü razılaşdırılmış vaxtda keçiriləcək

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü başa çatıb.

Görüş Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə üçtərəfli komissiya çərçivəsində baş tutub.

Komissiyanın həmsədrləri Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryandır.

Baş nazirin müavinləri təşkilati və prosedur məsələlərini, həmçinin gələcək işlərin əsasnaməsini müzakirə ediblər.

Bundan başqa, razılaşdırılmış vaxtda üçüncü görüşün keçirilməsi barədə razılıq əldə olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər