Avropada qazın qiyməti 1000 kubmetrə görə 2906 dollara qədər artıb.
Bu barədə məlumat Londonun “ICE” birjasında yer alıb.
Günün əvvəlindən qazın qiymətinin ümumi artımı isə təqribən 5.5% təşkil edib.
Avropada qazın qiyməti “Şimal axını” kəməri ilə qaz nəqlinin bu gündən texniki işlərlə əlaqədar olaraq dayandırılması fonunda yenidən artmağa başlayıb. Kəmərdə texniki işlər isə sentyabrın 2-nə qədər davam etdiriləcək.
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti 1000 kubmetrə görə 3500 dollar həddini ötüb. Bununla belə, avqustun 26-sı qaz qiymətləri nisbətən enməyə başlayıb