İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmini açıqlayıb.
Banker.az mərkəzə istinadən xəbər verir ki, 2022-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 213.6 mln. manat təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1.3 mlrd. manatlıq əməliyyat aparıblar.
Qeyd edək ki, bu ilin iyul ayında aparılan əməliyyatların həcmi 2021-ci ilin iyul ayı ilə müqayisədə 2.2 dəfə, 2020-ci ilin müvafiq ayı ilə müqayisədə isə 9.3 dəfə çoxdur.
Cari ilin ilk 7 ayı ərzində xarici vətəndaşların apardıqları bu əməliyyatların həcmi ötən ilin analoji dövrünə nisbətən 2.1 dəfə, 2020-ci ilin müvafiq dövrünə nisbətdə isə 4.3 dəfə çoxdur.