9 C
Baku
Thursday, December 12, 2024

Dələduzluqda təqsirləndirilən sabiq deputatın qardaşı ev dustaqlığına buraxıldı

Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb. Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Banker.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər