“AZ FP CO LTD”yə məxsus 9 tona yaxın süd məhsulu məhv edilib

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, 67 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

AQTA-nın məlumatına əsasən, məhv edilmiş süd məhsullarının ümumi çəkisi 8659.25 kq olan məhv edilmiş süd məhsullar istehlaka yararsız olub və onların istifadə müddəti bitib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər