2022-ci ilin yanvar-iyul aylarında “SOCAR Polymer” MMC 105.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
2021-ci ilin eyni dövründə isə “SOCAR Polymer”in ixracdan gəliri 122.7 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 17 milyon dollar və ya 14% azdır.