Telekommunikasiya şirkətinin əməkdaşı “Alma Store”da rəhbər təyin edilib

Azərbaycanda “Apple”nin məhsullarınının satışını həyata keçirən “Alma Store”, yaxud hüquqi adı ilə “ASBC” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru dəyişib.

Banker.az-ın əldə etdiyi informasiyaya əsasən, Rüfət Sadıqov Şəmsəddin oğlu  qeyd edilən vəzifəyə təyin edilib.

Rüfət Sadıqov bundan öncə ölkənin iri telekommunikasiya şirkəti – Azercell Telekomda B2B satışları departamentinə rəhbərlik edirdi. Həmçinin R.Sadıqov “Azerfon” MMC (Nar) və “Sobsan” kimi şirkətlərdə çalışıb.

O bu vəzifədə Aliaksei Yahlounu əvəzləyib.

A.Yahloudan öncə isə bu vəzifədə Liliya Allahverdiyeva-Pikulo idi.

“ASBC” MMC 2017-ci ildə yaradılıb və 400 min ABŞ dolları (680 min AZN) nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər