14 C
Baku
Saturday, November 23, 2024

“Azərşəkər”ə əlavə 3 milyon manata yaxın maya qoyuldu

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı  yenidən artırılıb.

Banker.az xəbər verir ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 64 930 000 manatdan 67 830 000 manata qaldırıb.

Belə ki, “Azərşəkər”in nizamnamə kapitalı 2 900 000 manat artırılmış olub.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Son xəbərlər
Digər xəbərlər