23 C
Baku
Sunday, September 29, 2024

İKZF Bakıda və Xırdalanda 189 kirayə mənzil üçün seçimi bu tarixdən başladacaq

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 189 tam təmirli mənzil təklif edilib.

Banker.az Fond istinadən xəbər verir ki, mənzillərin 34-ü Bakının Xətai rayonunda Nəsrəddin Tusi küçəsində, 155-i isə Xırdalanda Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdədir.

 Xətai rayonunda Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksində təklif olunan 34 mənzil 1, 2 və 3 otaqlı yaşayış sahələridir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 586 manatdan başlayır.

 Xırdalanda Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə təklif olunan 155 mənzil isə 1, 2 və 3 otaqlıdır. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır.

 Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 9 sentyabr 2022-ci il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Məlumat üçün bildirək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər