13 C
Baku
Tuesday, May 7, 2024

Aİ-də Omikron ştamına qarşı 2 vaksinə icazə verilib

Avropa Dərman Agentliyi koronavirusun Omikron ştamına qarşı 2 vaksinin Avropa İttifaqında tətbiqinə icazə verib.

Agentlik “Pfizer/BioNTech” və “Moderna” şirkətlərinin 2 vaksininin Avropada tətbiqinə icazə verib.

Baş qərargahı Amsterdamda yerləşən agentlik bildirir ki, hər 2 vaksin yaşı 12-dən yuxarı olan şəxslərə tətbiq edilə bilər.

Qeyd edək ki, ABŞ və Kanada ötən həftə sözügedən vaksinlərin tətbiqinə icazə verib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər