9 C
Baku
Tuesday, December 24, 2024

Türkiyə “Bayraktar TB2”nin istehsalını 2.5 dəfə artırır

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) istehsalçısı “Baykar Makina” dronların istehsalını iki dəfədən çox artırmaq niyyətindədir.

Bu barədə “Anadolu”ya şirkətin baş direktoru Haluk Bayraktar bildirib.

Onun sözlərinə görə, bu gün “Bayraktar TB2” istehsalı üzrə müəssisənin gücü ildə 200 ədəddir.

“Gələn ilə qədər bu rəqəmi 500 ədəd “Bayraktar TB2” və 40 ədəd “Bayraktar Akıncı”ya çatdırmağı planlaşdırırıq. İstehsala investisiyalar dayanmır. Biz təkcə Türkiyənin ehtiyaclarını deyil, xaricdən artan tələbatı da nəzərə alırıq”, – o deyib.

H.Bayraktar qeyd edib ki, “Bayraktar TB2” hücum dronlarını idxal edən ölkələrin sayı 24-ə çatıb, ixrac gəlirlərinin ümumi gəlir səbətində payı 98 faizdir.

Son xəbərlər
Digər xəbərlər