9 C
Baku
Monday, November 18, 2024

Rusiyanın 11 şəhərinə uçuş məhdudiyyəti növbəti dəfə uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkənin cənubuna və mərkəzi hissəsinə uçuşlara məhdudiyyətlərin növbəti dəfə uzadıldığını elan edib.

Rusiyanın 11 hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi sentyabrın 10-dək qədər uzadılıb.

Həmin şəhərlər Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistadır.

Ölkənin qalan hava limanları müntəzəm olaraq adi rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, fevralın 24-dən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başladığı gündən cənub və mərkəzi bölgələrə uçuşlara məhdudiyyət qoyulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər