Azərbaycan Mərkəzi Bankı sığorta üzrə daha bir hüquqi şəxs olan müstəqil ekspertə lisenziya verib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “Yeni Dövr Qiymətləndirmə Mərkəzi” MMC-yə (VÖEN: 1604170511) qeyd edilən sahə üzrə lisenziya əldə edib.
Bununla da sığorta üzrə hüquqi şəxs olan müstəqil ekspertlərin sayı 37-ə çatıb.
Xatırladaq ki, “Yeni Dövr Qiymətləndirmə Mərkəzi” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manat olmaqla, onun qanuni təmsilçisi -direktoru Sultanov Həmid Ələddin oğludur.