Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Conson hakimiyyətə geri qayıtmağa cəhd edə bilər.
Bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, Consonun siyasi ambisiyaları göz qabağındadır: “Consonun dostları və həmkarları əmindirlər ki, o, Böyük Britaniya baş nazirinin rəsmi iqamətgahı olan “Downing Street, 10” ünvanına qayıtmaq şansını əldən verməyəcək”.
Qeyd edək ki, bir neçə ay əvvəl Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı Boris Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırıb. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib.
İyulun 7-də Conson vəzifəsindən getmək qərarına gəlib.