10 C
Baku
Friday, December 13, 2024

Qazaxıstanda yanğınlar zamanı evlərini itirənlər 2.1 min dollar alacaq

Qazaxıstanın “Halyk Bank”ı ölkənin şimalında təbii yanğınlar nəticəsində evlərini itirmiş Kostanay vilayətinin sakinlərinə 1 milyon tenge (2,1 min ABŞ dolları) ayıracaq.

Bu barədə maliyyə təşkilatının mətbuat xidməti məlumat yayıb.

“Bununla da evlərini itirmiş insanlar əldə etdikləri vəsaiti ən zəruri işlərə (ev kirayələmək, paltar, ərzaq və zəruri mallar almaq) sərf etmək imkanı əldə edəcəklər”, – xəbərdə deyilir.

Bank rəhbərliyi, həmçinin yanan evlərin bütün sahiblərinə mövcud kreditlərin silinməsinə qərar verib.

 

 

Son xəbərlər
Digər xəbərlər