Belçika sakinləri qalıq yanacaqlardan imtina etməzdən əvvəl beş-on çətin qışa dözməli olacaqlar.
Bunu ölkənin baş naziri Aleksandr De Kroo deyib.
Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq qalıq yanacaqlardan imtina ölkəni 20 il irəliyə apara bilər.
Ölkədəki enerji böhranının nəticələrini yumşaltmaq üçün hakimiyyət Belçika atom elektrik stansiyalarının iki reaktorunun – Dul 4 və Tianj 3-ün işini uzatmaq istəyir. Hökumət hazırda bu məsələ ilə bağlı enerji şirkəti Engie ilə danışıqlar aparır.
2026-cı ilin noyabrında yoxlama və texniki xidmətdən sonra bu reaktorların yenidən işə salınması barədə qərarın ilin sonuna kimi verilməsi gözlənilir.