Türkiyədə istehlak qiymətləri indeksi son 24 ilinin maksimumuna çatıb.
Bunu Banker.az Türkiyə Statistika İdarəsi (TÜİK) tərəfindən avqust üzrə göstəricilərinə istinad edir.
Ölkədə inflyasiya avqust üzrə orta illik 80.21% təşkil edib. Öncəki ayda isə bu rəqəm 79.60% idi. Birjalar bu gün 81.22% olacağını proqnoz edirdilər.
İyulda aylıq inflyasiya 2.37% olduğu halda, avqusta cəmi 1.46% olub.
Türkiyədə lirənin alıcılıq qabiliyyəti kəskin şəkildə azalmasına rəğmən ölkənin mərkəzi bankı ötən ay uçot faiz dərəcəsini 14%-dən 13%-ə endirdi. İnflyasiya adətən yüksəldiyi dövrdə faizlər qaldırılmaqla əmanətlərə yatırımı dəstəkləyir ki, bu da inflyasiyanı bir qədər səngidir. Lakin göründüyü kimi Türkiyənin əksər ölkələr kimi faiz artırmaq üçün lüksü yoxdur. Bu səbəbdən də milli valyuta lirə artıq dollara qarşı tarixi minimumunu yaşayır. USD/TRY cütlüyü 18.22 səviyyəsindən yuxarıda ticarət olunur.
Lirə ilin əvvəlindən 36.87%, son bir ildə isə 120.19% dəyər itkisi ilə üz-üzə qalıb.