Nassim Nikolas Talebin “Qara Qu quşu” (The Black Swan) bestselleri praktikanın unikal perspektivləri haqqında gözəl müddəaları özündə əks etdirir. Kitabda Harvard Universitetinin fəxri müəllimi Robert Merton, həmçinin Stanford Universitetinin fəxri professoru Mayron Skoulsun adları da qeyd olunur.
Onlar 1997-ci ildə maliyyə törəmələrinin qiymətləndirilməsi üzrə yaratdıqları formula görə Nobel mükafatına layiq görülmüşlər. Sözü gedən formuldan istifadə edərək Taleb yazır: o insanlar ki, biznesin lap dibindən onun zirvəsinə qədər yüksələ bilib, öz çatışmazlıqlarını akademiklərdən daha yaxşı tanıya bilirlər, çünki onlar sonsuz gecələri qarşılaşdıqları risklərə görə nigaranlıq çəkərək keçiriblər. Eyni zamanda sətir arası verilən fikirlərdən başa düşmək olur ki, müəllifin düşüncəsinə əsasən bəzi elmi nəzəriyyələrin nüanslarını o insanlar daha yaxşı başa düşür ki, onlar o nəzəriyyələri həm də praktikada tətbiq etmək imkanına malikdir.
Biznes məktəbləri praktik təcrübəni layiqincə qiymətləndirir və getdikcə daha çox tədris müəssisəsi bu kateqoriyadan olan müəllimləri işə dəvət edir. Bloomberg Businessweek gündəlik qəzeti, tədris sahəsində çalışan rəhbərlərin top 25-liyini açıqlayıb. Siyahıda bir sıra məşhur adlara rast gəlmək olar, onlara daxildir: Safra Kats, Oracle-ın baş maliyyə direktoru olmaqla yanaşı, o həm də Stanford Graduate School of Business-də mühasibat uçotundan dərs deyir; Ceyms Xakett – Anadorko Petroleum-un həm rəhbəri, həm də baş icraçı direktoru olmaqla bərabər, həmçinin Xyustonda Rice University Jones Graduate School of Business-da mühazirələr deyir.
Siyahıda həmçinin yenicə təqaüdə çıxmış və çiyinləri arxasında illərlə qeyri-adi peşəkar təcrübəsi olan idarəçilər də yer almışdır. Məsələn, Deere & Co –nun keçmiş baş direktoru Bob Leyn. O, Çində ilk Deere zavodunun açılması üzərində işləyən komandanın üzvü olmuş və Şimali Amerikanın hüdudlarından kənarda gəlirlərin artırılması istiqamətində çalışan kompaniyaya başçılıq etmişdir. Həmin müddətdə o şirkətin gəlirlərini $7.96 milyarda çatdırmağa müyəssər olmuşdur (35% mənfəət). Hal-hazırda Leyn Dartmouth Tuck School of Business-də icraçı təhsil (executive education) proqramı üzrə dərs deyir. Onun sinfi tez-tez Çin və Hindistana səyahət edir, onun şagirdləri isə ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrə genişlənmə siyasətinə başlamış şimali Amerika və Avropa kompaniyaların məsul şəxsləri, idarəediciləridir.
Bu cür zəngin praktikası olan müəllimlər öz üzərilərində yaşamalı olduqları bütün məğlubiyyətlərin acısını və uğurların ləzzətli anlarını tələbələri ilə paylaşa bilər. Üzümüzə gələn qışda Çikaqo Universitetinin Booth Biznes məktəbində Groupon kompaniyasının həm təsisçiləri Erik Lefkovski və Bredli Keyvel internet start-up-larının qurulmasına dair dərslər verməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, cəmi yarım il bundan əvvəl Groupon öz gəlirlərinin yenidən qiymətləndirilməsini apardıqdan sonra özünün ikinci direktoru ilə vidalaşmışdır. “Yenicə bişmiş müəllimlər bəzi hüquqi səbəblərdən dolayı çətin ki, öz mənfi təcrübələrinin bəzi detallarını tam təfərrüatı ilə açıqlaya bilsinlər” – artıq sözü gedən kursun bu il dinləyicisi olmuş və 2012-ci ilin məzunu Daniel Şani söyləyir. Amma onun sözlərinə əsasən onlar öz keçmiş səhvlərini obyektiv qiymətləndirir və tez-tez öz uğursuzluqlarını da nümunə qismində qeyd edirlər.
Onlar dönə-dönə müvəffəqiyyətsizlik məsələsinə yenidən qayıdırdılar-Şani bildirir-Onlar həmişə səmimi olmuş və Groupon-un keçmiş, həmçinin indiki nöqsanlarını dərhal etiraf edərək, həvəslə onları müzakirə etmişlər.
Praktiklər həmçinin təcrübəli peşəkar məsləhətinə ehtiyacı olan tələbələr üçün də çox gözəl bir örnək rolunda çıxış edir.
Si Nikolson Equinox şəxsi fitnes şirkətinin olan marketinq üzrə baş direktorudur. Bu şirkət Nyu-York, Çikaqo və Cənubi Kaliforniyada bir sıra klublara malikdir. Nikolson özünün də məzunu olduğu İndiana Kelley Universitetinin biznes məktəbində mühazirələr deyir. Equinox-a qədər o Bay Area start up-ında marketinqlə məşğul olmuş, ondan daha əvvəl isə PepsiCo-da marketinq mütəxəssisi kimi çalışmışdır. O, öz tələbələrinə öz karyerasının dəyişmə dönəmləri barədə ətraflı məlumat verir- bu zaman o əvvəlcə böyük səhmdar şirkəti, sonra start up-ı və sonda isə şəxsi özəl müəssisəni qeyd edir: mən düşünürəm ki, bu onlar üçün çox gerçək və həqiqətən əhəmiyyətli bir şeydir.