Amerikalı Qleyzerlər ailəsi “Mançester Yunayted”i 3.75 milyard funt sterlinqə (7.33 milyard manat) satmağa hazırdır.
Bu barədə məlumatlı mənbədən xəbər verilib.
Bildirilir ki, “Mançester Yunayted”in potensial alıcılarından biri Böyük Britaniyanın ən varlı adamı Cim Retkliffdir. O, bir müddət əvvəl bu klubda pay sahibi olmaq istəyirdi, ancaq milyarderlərin tam pay üçün təyin etdikləri qiymətin ona uyğun olub-olmayacağı bilinmir.
Yeri gəlmişkən, Retkliff əvvəllər “Çelsi”ni də almağa cəhd edib.
İddiaya görə, “Mançester Yunayted”i almağa daha bir namizəd Dubaydan olan suveren investisiya fondudur.
“Mançester Yunayted” 2022/2023 mövsümündə Premyer Liqanın altı oyununda 12 xal toplayıb. “Qırmızı şeytanlar” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar.