22 C
Baku
Monday, October 7, 2024

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edib.

Qalibin seçilməsi zamanı maliyyə, xidmətlər paketi üzrə sığorta şərtləri, eləcə də korporativ müştərilərə analoji xidmətlərin göstərilməsi təcrübəsi qiymətləndiriləcək.

Banker.az xəbər verir ki, tender iştirakçıları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışını, 2013-cü il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını, Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) surətini və digər sənədləri təqdim etməlidirlər.

Tender təklifləri sentyabrın 26-dək qəbul ediləcək. Təkliflər zərfi oktyabrın 9-da açılacaq.

Son xəbərlər
Digər xəbərlər