“Putin enerji resurslarından silah kimi istifadə edir”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.
“Putin təchizatı kəsərək enerji bazarlarımızı manipulyasiya edərək enerjidən silah kimi istifadə edir. O, uğursuz olacaq. Avropa qalib gələcək. Aİ Komissiyası ev təsərrüfatlarına və bizneslərə yüksək enerji qiymətlərinin öhdəsindən gəlməyə kömək etmək üçün təkliflər hazırlayır”, Avropa Komissiyasının Prezidenti əlavə edib.