14 C
Baku
Saturday, November 23, 2024

Zaporojye AES-in Ukraynanın elektrik şəbəkəsi ilə sonuncu əlaqəsi kəsildi

Zaporojye Atom Elektrik Stansiyasının Ukraynanın elektrik şəbəkəsi ilə sonuncu əlaqəsi kəsilib.

Bu haqda Ukrayna Dövlət Nüvə Enerjisi Şirkəti “Energoatom” açıqlama yayıb.

“Ferosplavna” adlı enerji ötürücü xəttinin bölgdəki müharibə səbəbindən bağlandığını bildirilib.

Açıqlamada sözügedən xəttin elektrik stansiyasını Ukrayna şəbəkəsinə birləşdirən son enerji ötürücü xətti olduğu vurğulanıb və bu xəttin stansiya daxilindəki ehtiyacları da təmin etdiyi bildirilib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Elektrik stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları həyata keçirilir. Ukrayna və Rusiya bu hücumlarda bir-birini günahlandırır.

 

 

Son xəbərlər
Digər xəbərlər