Bakı Fond Birjasında 2022-ci ilin ilk səkkiz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 637.3 milyon manat təşkil edib ki, illik müqayisıdı bu 19% azdır.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 127 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunub.
2022-ci ilin avqust ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 110.76 milyon manat təşkil edib. Bununla da, BFB-nin kapitalizasiyası son bir ildə 202.3 milyon manat, yaxud 5% azalmış olub.