3 C
Baku
Saturday, December 14, 2024

Mədət Quliyev: “Azərbaycan istehsalı silahların ixracı ilə bağlı sifarişlər həddən artıq çoxdur”

Qarabağ müharibəsindən sonra dünyanın Azərbaycanın hərbi texnikalarına marağı dəfələrlə artıb.

Bunu Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur: “Bunu nəzərə alaraq ADEX sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir. Bəzi silahlar isə sərgiyə çıxarılmayıb.

Nazir həmçinin, müdafiə sənayesi sahəsində yeni müəssiələr yaradıldığını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər