Biz, sürətli təhsil və bacarıqların tez bir zamanda mənimsənilməsinin təcrübə və biliklərdən daha üstün hesab edildiyi bir dövrdə yaşayırıq.
Başqasının 5-10 ilə öyrəndiyi işi bir ilə öyrənən insan daha böyük uğurlar əldə edəcək və daha effektiv fəaliyyət göstərəcək.
Məhz buna görə də öyrənmək bacarığı vacib element hesab olunur, lakin hər kəs bunu düzgün mənimsəyə bilmir. Biz sizin üçün beş sadə məsləhət tərtib etdik:
1. LEGO-prinsip. Deyirlər ki, əgər insan çətinlikləri əvvəlcədən bilsə, istənilən çətinliyin öhdəsindən gələ bilər. Belə demək olarsa, əgər insan onu nəyin gözlədiyini bilsə, onda istənilən şəraitə uyğunlaşa bilər. Tapşırıqlarınızı kiçik LEGO kubiklərinə bölün və onları ayrılıqda mənimsəyin. Məsələn, xarici dilin öyrənilməsi qrammatika, leksika və lüğət ehtiyatının öyrənilməsindən ibarətdir. Tapşırıqları hissələrə ayırın, onları planlaşdırın, müxtəlif situasiyalarda bacarıqların tətbiq olunmasını nəzərə alın.
2. Beyin qanunları. Unutmayın ki, beyin sinusoid üzrə informasiyanı ardıcıl surətdə yadda saxlayır. Intensiv təhsil müddətindən sonra yorğunluq qaçılmazdı. Istirahət etməyi unutmayın, bu halda daha sürətlə öyrənə bilərsiniz.
3. Informasiya siyahısı. Istənilən təhsil prosesi “informasiya acgözlüyüdür”. Biz predmet haqqında daha çox öyrənməyə çalışırıq və nəticədə yüklənirik. Informasiya siyahısını məhdudlaşdırın, informasiya mənbələrinin siyahısını tərtib edin, yalnız əvvəlcədən müəyyən edilmiş siyahı üzrə yeni informasiya axtarışına çıxın.
4. Özünüzü bağışlayın. Qəbul edin ki, siz mükəmməl kompüter deyilsiniz ki, hər yeni informasiyanı yadda saxlaya biləsiniz. Səhvlərinizi bağışlamağı bacarın, zəif nöqtələrinizi qəbul edin, uğursuzluğa əvvəlcədən hazırlaşın, müvəffəqiyyətsizlik ehtimalını da nəzərə alın.
5. Təqlid edin. Başqalarının necə öyrəndiyinə diqqət yetirin və onların təcrübəsini mənimsəyin. Bəzən bacarıqların düşünülmədən mənimsənilməsi həmişə bəhanə gətirdiyiniz divarı aşmağa imkan verir. Məsləhət almaqdan utanmayın. Yaponların dediyi kimi: “Soruşsan – beş dəqiqəlik rüsvay olacaqsan, lakin soruşmasan ömürlük”.