Azərbaycanda Wolt və Bolt Food öz fəaliyyətlərini qismən məhdudlaşdırıblar. Banker.az-ın məlumatına görə, şirkətlər çatdırılma xidmətini həyata keçirmirlər. Buna səbəb, bir neçə gündür kuryerlərin şirkətin yeni qaydalarına etiraz olaraq işə çıxmamalarıdır. Bu məsələdə kuryerlərlə şirkətlər arasında hansısa konsensusa gəlinə bilməyib.
Şirkətlər tam formatda fəaliyyətlərini nə zaman bərpa edəcəkləri barədə məlumat verilmir.