Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxs 2021-ci ili də zərərlə bitirib.
Banker.az qurumun illik maliyyə hesabatına istinadən xəbər verir.
Dənizkənarı Bulvar İdarəsi hesabat dövrü ərzində 13.83 milyon xalis gəliri edib. Bu da illik müqayisədə 7.2% artımdır. Bunun da 13.75 milyon manatı əsas əməliyyat gəliridir.
Qurum 11.25 mln. manatlıq insan resursları üzrə xərc etmiş, 5.45 mln. manatlıq amortizasiya xərci olmuş, 2.65 mln. manatlıq inzibati və sair xərclər etmişdir. Nəticədə, 5.51 mln. manatlıq əməliyyat zərəri edib.
Beləliklə, öncəki illərdəki kimi, 2021-ci ili də 5.52 mln. manatlıq zərərlə tamamlayıb. Bu zərərdən sonra onun balansındakı illərin yığılmış zərəri 28.73 mln. manata yüksəlib.