10 C
Baku
Friday, December 13, 2024

Şolts ilə Bayden Ukraynaya RYAS tədarükü ilə bağlı razılığa gəlib

Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna ordusu üçün reaktiv yaylım atəşi sistemlərinin (RYAS) tədarükü barədə razılığa gəldiyini açıqlayıb.

“Frankfurter Allgemeine Zeitung” nəşri onun sözlərindən sitat gətirib.

“Mən lap əvvəldən demişdim: biz təkbaşına getməyəcəyik və hərəkətlərimizi müttəfiqlərimizlə yaxından əlaqələndirəcəyik”, – Almaniya hökumətinin başçısı bildirib. O, hazırda vəziyyətin dinamik olduğunu vurğulayıb.

O.Şolts qeyd edib ki, C.Bayden bu yaxınlarda “The New York Times” qəzetinə müsahibəsində rəsmi Kiyevə dəstəklə bağlı mövqeyini açıqlayıb. Almaniya kansleri digər G7 ölkələri kimi, bu dəstəklə tam razılaşdığını qeyd edib.

“Biz Ukraynanı özünümüdafiə üçün lazım olan hər şeylə dəstəkləyirik. Eyni zamanda, Rusiya ilə NATO arasında müharibəyə gətirib çıxaracaq eskalasiyanın qarşısını almalıyıq”, – kansler əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər