12 C
Baku
Wednesday, December 11, 2024

Braziliya hökuməti enerji adapteri olmadan “iPhone” satışını qadağan edib

Braziliya hökuməti “Apple” şirkətinə enerji adapteri olmadan “iPhone” satışını qadağan edib. Ölkənin Ədliyyə Nazirliyi şirkəti 12 275 milyon real (2.38 milyon dollar) cərimələyib. Səlahiyyətlilər bildiriblər ki, “Apple” qəsdən istifadəçiləri məhdudlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətin bu təcrübənin karbon emissiyalarını azaltmaq məqsədi daşıdığına dair arqumenti rədd edilib. Ədliyyə Nazirliyindən bildiriblər ki, yükləmə cihazı olmayan smartfonların satışının ətraf mühiti qorumasına dair heç bir sübut yoxdur.

“Apple” qərarla əlaqədar apelyasiya şikayəti verə bilər, lakin bunun olub-olmayacağı bəlli deyil. Şirkət şərh sorğusuna cavab verməyib.

Xatırladaq ki, “Apple” smartfonlarla birgə enerji adapterlərinin satışını 2020-ci ildə dayandırıb. Bundan sonra Braziliya ştatlarından biri şirkətdən enerji bloklarını geri qaytarmağı və 2 milyon dollar cərimə ödəməyi tələb edib.

Son xəbərlər
Digər xəbərlər