10 C
Baku
Tuesday, November 26, 2024

Tovuzda Vergi İdarəsi təmirə bağlanır

Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Tovuz rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 08.09.2022-ci il tarixdən 20 gün müddətinə (təmir işləri yekunlaşanadək) müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Tovuz rayonu üzrə 14 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyiciləri qeyd edilən müddətdə Dövlət Vergi Xidməti tərəfindən göstərilən üzbəüz xidmətlərdən yararlanmaq üçün 14 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, H.Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası), (iş günləri saat 09:00-dan 18:00-dək, fasiləsiz), Qazax şəhəri, S.Arixov küçəsi (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi, (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi (“Kapital bank”ın filialının yanı), (iş günləri saat 09:00-dan 14:00-dək, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Dövlət Vergi Xidməti tövsiyə edir ki, xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, vergi ödəyiciləri elektron xidmətlərdən faydalansınlar, gələcəkdə vaxta qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etsinlər.

Son xəbərlər
Digər xəbərlər