Amerikalı milyarder İlon Mask Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə çıxışından narahat olduğu üçün “Twitter”in alışını təxirə salıb. Bu barədə “Business Insider” məlumat yayıb.
Xatırladaq ki, aprelin 25-i Mask “Twitter”lə onu 44 milyard dollara almağa razılaşıb. Müqavilə ilin sonuna qədər bağlanmalı olsa da, oyulun 9-u milyarder fikrini dəyişib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Business Insider” yazır ki, Musk bankirlə yazışmalarında “dünya üçüncü dünya müharibəsinə yaxınlaşarsa, sövdələşmənin mənası olmayacaq” deyib. Buna görə də o, həmsöhbətindən Vladimir Putinin mayın 9-da çıxışını gözləməyi xahiş edib.