11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Türkiyədən sualtı robotlar alacaq

Azərbaycanla danışıqlar aparırıq, yaxın vaxtlarda müqavilə imzalanacaq.

Bunu Bakıda keçirilən 4-cü “ADEX” sərgisində iştirak edən Türkiyənin “Armelsan” firmasının baş direktoru Can Emre Bakım deyib.

O xatırladıb ki, şirkət artıq 10 ildən çoxdur fəaliyyət göstərir:

“Şirkətimiz Türkiyədə müdafiə texnologiyası, sualtı akustikası, sualtı radarlar, uzaqdan idarə edilən iş robotları istehsal edir. Robotların suyun altında 3000 metrə qədər işləmək imkanı var. Su altında minaları zərərsizləşdirə bilən robotlar da istehsal edirik. Məhsullarımızla bağlı Azərbaycanın aidiyyəti qurumları ilə təmaslarımız davam edir. Detalları hələlik açıqlamaq istəməzdim”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər