Polşa Estoniyaya 100 ədəd “Piorun” hava hücumundan müdafiə sistemi və onlar üçün 300 raketin tədarükü ilə bağlı müqavilə imzalayıb.
Polşa televiziyası tərəfindən yayımlanan imzalanma mərasimi “Mesko” fabrikində baş tutub.
Polşanın milli müdafiə naziri Mariuş Blaşçak mərasimdə bildirib ki, tədarük gələn il başlayacaq.
Onun estoniyalı həmkarı Hanno Pevkur bu sazişin imzalanmasını müdafiə sənayesində ikitərəfli əməkdaşlıq üçün tarixi məqam adlandırıb.
“Bu, Baltik dənizi regionu və NATO-nun şərq cinahı üçün çox vacibdir. Saziş Estoniya və Polşa arasında gələcək müqavilələrin imzalanması üçün ilk addımdır”, – Pevkur əlavə edib.