İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Rusiya və Azərbaycan ilə birgə iclasda iştirak etmək üçün bu gün Bakıya gəlib.
3 günlük səfər zamanı R. Qasemi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.
Bundan əlavə, Azərbaycandan İran vasitəsilə Naxçıvana çəkiləcək yeni tranzit xəttinin – Ağbənd körpüsünün təməlqoyma mərasimində iştirak edəcək.