Neft-mədən xidmətləri transmilli korporasiyası “Halliburton” Rusiyadakı biznesini yerli rəhbərliyə sataraq bazarı tərk edir. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.
Xatırladaq ki, martın 19-unda şirkət sanksiyalar fonunda Rusiyadakı fəaliyyətinin məhdudlaşdırıldığını və ölkədə biznesin gələcək inkişafının dayandırıldığını elan edib. Bundan bir qədər əvvəl baş qərargahları Hyuston (ABŞ) və Dubayda (BƏƏ) yerləşən korporasiya Rusiyaya sanksiya tətbiq edilən malların və ehtiyat hissələrinin tədarükünü dayandırıb.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Şirkətin əsas fəaliyyəti neft və qaz hasilatı üzrə xidmətlər və texnologiyaların göstərilməsidir.