Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-leytenant Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb.
Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Abdullah Katırcını qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.
Nazirlikdən verilən məlumata əsasən, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.