“Optimal Finance” BOKT MMC-yə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, Samir İsgəndərov bu gündən etibarən “Optimal Finance” BOKT MMC-yə Müşahidə şurasının sədri, “Optimal Elektronika” MMC-yə Direktorun müşaviri və “Stentor” MMC-yə Direktorun müşaviri vəzifəsinə təyin olunub.
Samir İsgəndərov buna qədər BOKT “Embafinans”ın rəhbəri işləyirdi. Buna qədər isə “Optimal Finance” BOKT-da bu vəzifə yox idi və BOKT-un idarə edilməsi təkbaşına rəhbəri Qədimquliyev İmam Eyyub oğlu idi.
Xatırladaq ki, “BOKT Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalının 15%-i “AzFinance İnvestisiya Şirkəti” ASC-yə, 15%-i Ələsgərli Elçin Əhəd oğluna, 15%-i Eynullayev Fərid Rüstəm oğluna, 6%-i İbrahimov Yusif Zakir oğluna məxsusdur.