7 C
Baku
Sunday, December 15, 2024

Aİ komissarı: “Biz artıq ruslara turist imtiyazını vermək istəmirik”

Bazar ertəsindən etibarən Avropa İttifaqına Rusiyadan yalnız humanitar və ailəvi səbəblərinə görə, eləcə də jurnalist fəaliyyəti ilə bağlı daxil olmaq mümkün olacaq.

Bunu Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson bildirib.

“Artıq rusiyalılara güvənmək üçün səbəbimiz yoxdur. Rusiyalılar üçün Aİ-də turist olmaq fundamental hüquq deyil, imtiyazdır. Və biz artıq bu imtiyazı ruslara vermək istəmirik”, – deyə komissar vurğulayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropadan viza məhdudiyyətlərinə cavabın ağlabatan olacağını və diqqətlə ölçüləcəyini söyləyib.

“Ölkə turistlərə maraq göstərir. İnsanlar başa düşməlidirlər ki, ölkəmiz haqqında gördükləri və eşitdikləri yalandır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər