10 C
Baku
Thursday, December 12, 2024

Warren Buffett: “Özünüzə sərmayə yatırın!”

Warren Buffett-in fikrincə, özünə sərmayə yatırmaq hər bir insanın etməli olduğu ən vacib məsələdir. Bu halda bizlərdən hər birimiz kiçik də olsa investordur. Bu məqalədə özünüzə necə zaman və pul yatırmalı olduğunuzu və bunun nəyə görə belə vacib olduğunu aydınlaşdırmışıq.

Buffett deyib: “Sahib olduğunuz ən dəyərli aktiv – siz özünüzsünüz. Bacarıq və qabiliyyətinizi yaxşılaşdıran hər bir şey onları etməyə dəyər”.

Bununla əlaqədar belə bir sual yaranır: özümüzə necə sərmayə yatıra bilərik? Bunu etməyin üsulu çoxdur və biz əsas diqqəti daha populyar və vacib olana cəmlədik.

Öz tədris planınızı hazırlayın:

Tədris planının hazırlanması – ilk növbədə etməli olduqlarınızdır. Hansı bacarıqları əldə etmək istədiyinizi, bunu ən yaxşı şəkildə necə edəcəyinizi və buna gündəlik nə qədər zaman tələb olunduğunu təyin edin və dəqiqləşdirin.

Özünüzü ağıllı və uğur qazanmış insanlarla əhatə edin:

Bu vəziyyət bəzən özünüzü pis hiss etməyinizə səbəb ola bilər. Lakin təslim olmayın. Uzun müddətli perspektivdə bu xoşagəlməz hiss artıq aradan götürüləcək. Digər insanların təcrübəsi hətta adi söhbət etdiyiniz anda belə sizin inkişafınıza imkan yaradacaq.

Ünsiyyət bacarıqlarınızı təkmilləşdirin:

Üç mənbədən yeni şeylər öyrənmək mümkündür: şəxsi təcrübə, informasiya ilə işləmək və digər insanların təcrübəsi. Təbii olaraq, uğur qazanmış insanlarla söhbət etmək və onların təcrübəsindən nələrsə öyrənmək üçün qarşılığında siz də nələrsə təklif etməlisiniz.

Minimum olaraq bu yaxşı ünsiyyət bacarığıdır. Müsahibinizə sizinlə söhbət etmək xoş təsir bağışlamalıdır. Vəzifə və ixtisasınız vacib deyil, istənilən insan düzgün və gözəl danışmağı bacarmalıdır.

Pul xərcləməkdən qorxmayın:

Son zamanlar insanların öz inkişaf və təhsilinə ayırdığı məbləğ ixtisarlara məruz qalıb. Hər birimiz müxtəlif kursların, seminarların, təlimlərin vacibliyini dərk edir, lakin məşğul olmuruq. Məsələn, Buffett gəlirinizin 10%-ni şəxsi inkişafınıza sərf edin. Bunun kitab, təlim və yaxud kurs olacağı isə sizdən asılıdır.

Hər tərəfli inkişaf edin:

İşinizin gündəlik həyatınızın böyük hissəsini əhatə etməsinə baxmayaraq, özünüz üçün maraqlı məşğuliyyət kəşf etdikdə ona zaman tapmaq mümkündür. Ola bilsin, 1 saat daha az yatacaqsınız. Lakin qarşılığında yeni nələrsə öyrənmiş olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər