13 C
Baku
Monday, May 6, 2024

“Revolut” öz onlayn ödəniş xidmətini – “Revolut Pay”ı işə salıb

Böyük Britaniyanın “Revolut” fintex startapı “Revolut Pay” onlayn ödəniş xidmətini işə salın. Xidmət “PayPal” və “Apple Pay” ilə rəqabət aparmağı planlaşdırır. Yaxın aylarda xidmət bit çox aviaşirkətin saytında işə düşəcək.

Banker.az bu barədə “İnc.ru”ya istinaədn xəbər verir.

“Revolut”un ekvayrinq şöbəsinin rəhbəri Tibo Jenevye söyləyib ki, “Revolut Oay”ın ilə düşməsi şirkətin “kritik kütləyə” çatması və orijinal formatını aşması deməkdir. “Revolut” pərakəndə satıcılardan 1% komissiya tutacaq. Alış-veriş üçün ödəniş istənilən bankın kartları ilə həyata keçiriləcək.

Eyni zamanda, “Revolut” proqram təminatı ilə təchiz edilən ödəniş sistemi müştərilərə mobil proqramlar və brauzerlər vasitəsilə alış-veriş üçün “cashback” almağa imkan verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər