14 C
Baku
Saturday, November 16, 2024

“Nissan” Rusiyadakı zavodu ilin sonunadək bağlayıb

Yaponiyanın “Nissan” avtomobil istehsalçısı Rusiyanın Sankt-Peterburqdakı zavodunun durğunluq müddətini 3 ay – dekabrın sonuna qədər uzatmaq qərarına gəlib. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, “Nissan” zavodunda istehsal yazda, Ukraynada müharibə başlayanda dayandırılıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Sankt-Peterburqda istehsal dekabrın sonuna kimi dayandırılıb, işçilərə bu barədə məlumat verilib. Biz vəziyyəti yaxından izləməyə davam edirik və lazımi tədbirlər görəcəyik”, – mesajda deyilir.

Rusiyanın 2 min işçisinin çalışdığı “Nissan” zavodu 2006-cı ildən Leninqrad vilayətinin Parqolovo kəndində yerləşir. İstehsal gücü isə ildə 100 min avtomobil təşkil edir. Zavod üç model istehsal edir – “X-Trail”, “Murano” və “Qashqai”.

“Nissan” – Ukraynada müharibə başlayandan sonra Rusiya bazarını qismən tərk etmək qərarına gələn dörd böyük yapon şirkətindən biridir.

Son xəbərlər
Digər xəbərlər