“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) təyinat olub.
Banker.az xəbər verir ki, Maqsud Müslimzadə Daxili audit departamentinin direktoru təyin edilib.
Maqsud Müslimzadə 2021-ci ilin dekabrından Azərbaycan İnvestisiya Holdinqinn idarəetməsində olan “Təmiz Şəhər” QSC-nin Audit Komitəsinin sədridir və həmin vəzifəni hazırda da daşımaqdadır.
O, buna qədər isə “Bakı Sığorta” ASC, “Azsığorta” ASC, “Qala Sığorta” ASC və AİH-də departament rəhbəri vəzifələrində çalışıb.