ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin oktyabr ayında avqust ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
Ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 132 min barel və ya 1.5% artaraq 9.115 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən “Permian”, “Eagle Ford”, “Bakken”, “Anadarko”, “Appalachia” və “Niobrara” yataqlarının payına düşəcək.
Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11.2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11.28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12.25 mln. barel təşkil edib.