Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.
Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov mıəlumat verib.
Onun sözlərinə görə, liderlər Özbəkistanın paytaxtı Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti çərçivəsində bir araya gələcəklər.
Y.Uşakov görüşün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Xatırladaq ki, ŞƏT-in növbəti sammiti sentyabrın 15-16-da baş tutacaq.