Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 035 min barel artaraq, təxminən 433 225 min barel təşkil edib.
Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 200 min barel azalacağını proqnozlaşdırıb.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.