15 C
Baku
Wednesday, October 2, 2024

Ukraynadan ərzaq daşıyan bir neçə gəmi təyinat nöqtəsinə çatıb

Ukraynadan xaricə ərzaq daşıyan bir neçə gəmi təyinat nöqtəsinə çatıb.

“Marine Traffic” xidmətinin məlumatları bunu təsdiq edir.

31 000 ton qarğıdalı daşıyan “BC Callisto” gəmisi artıq Misirin Dumat limanına yan alıb.

75 000 ton qarğıdalını isə İspaniya limanlarına “Maran Astronomer” gəmisi çatdırıb.

Sözügedən gəmilər Ukraynanı 30 avqustda tərk etmişdi.

Bundan əlavə, soya, taxıl və günəbaxan yağı daşıyan 3 gəmi Türkiyənin müxtəlif limanlarına yan alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər