8 C
Baku
Thursday, November 28, 2024

ABŞ-ın 6 texnologiya nəhəngi inflyasiya hesabatından sonra $500 mlrd. itirib

ABŞ-ın ən böyük texnologiya şirkətləri avqust ayı üzrə inflyasiya məlumatlarının dərc edilməsindən sonra səhmlərin kəskin düşməsi nəticəsinə bazar dəyərinin 500 milyard dollarını itirib. Ən çox itki “Apple”, “Microsoft” və “Amazon”da olub.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

“Nasdaq Composite” indeksi 5.16% (11 633.5), “Dow Jones” – 3.94% (31 104.97), “S&P 500” – 4.32% (3932.69) azalıb. “Forbes”a görə, bu, 2022-ci ildə hər üç indeksi üçün ən pis gündür.

Vurğulanır ki, sentyabrın 13-ü “Apple”ın bazar dəyəri 154.11 milyard dollar (-5.87%), “Microsoft”un – 109.33 milyard dollar (-5.5%), “Amazon”un isə 98.11 milyard (-7.06%) düşüb.

“Google”un sahib olduğu “Alphabet” şirkəti bazar dəyərinin 5.9%-ni itirib və hazırda şirkətin kapitallaşması 85.32 milyard dollar təşkil edir. “Facebook” 42.55 milyard dollar  (-9.37%), “Nvidia”  isə 34.21 milyard dollar itirib (-9.47%).

ABŞ Əmək Departamentinin avqust ayı üçün inflyasiya hesabatı FED-in 20-21 sentyabr tarixlərində keçiriləcək iclasından əvvəl sonuncu hesabatlardan biridir. FED-in inflyasiyanı azaltmaq üçün ardıcıl üçüncü dəfə faiz dərəcələrini 0.75 faiz bəndi artıracağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər