“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Banker.az xəbər verir ki, iddiaya səbəb mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın ödənilməsi tələbidir.
İddiaçı Məmmədzadə Bəhruz Qasım oğludur. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Şeyda Məhərrəmovadır.