Bu ilin 8 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.6% artaraq 19 115,7 mln. kVt/st olub.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, ixrac 1406,4 mln. kVt/st, idxal isə 94,3 mln. kVt/st olub.
Yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 352,6 mln. kVt/st artımla 1555,4 mln kVt/st elektrik enerjisi istehsal edilib.